İş vaxtı : Bazar ertəsindən Şənbəyə - saat 9-dan 6-a qədər

Abdomİnoplastİka

Abdominoplastika nədir?

Müəllif: Plastik cərrah Elnur Mehrəli

Qarın gərmə (Abdomİnoplastİka) əməlİyyatı nədİr?
Qarın Estetikası (abdominoplasti) Qarın bölgəsinin funksiyaları nədir? Qarın nahiyəsi əhatə etdiyi əzələ və digər dəstək toxumaları vasitəsilə ayaqda dik durmağımızı, düzgün yeriməmizi,cisimləri rahat qaldırmağımıza imkan verən, anatomik görünüşlə də gözəl bir bədən imicinin tamamlayıcı bir hissəsidir. Qarın estetikası nədir? Estetik bir əməliyyatla qarın nahiyəsinin düzgün, dartılmış və gözəl görnüşünü yenidən əldə etmək məqsədilə edilən bir əməliyyatdır. Qarın formasında qüsuryaradan səbəblər nələrdir? Gövdəmizin ön-alt hissəsini təşkil edən qarın nahiyəsi doğuşlar, kökəlmə-arıqlamalar, yaşlanma və s. səbəblərlə forma qüsuruna məruz qala bilərlər. Genetik quruluş müxtəlifliyinə görə meydana gələn forma qüsurları hərkəsdə fərqli ola bilər. Hər nə səbəblə olursa olsun qarın nahiyəsində olan sallanmalar, çatlama və digər qüsurlar xüsusilə qadınlarda, ancaq daha az kişilərdə estetik problemlərə yol açır. Şəxs artıq aynada özünü görməkdən qaçmağa başlayır. Estetik qarın əməliyyatını kimlər icra edə bilər və harada olunur? Bu əməliyyatın Plastik Cərrah tərəfindən aparılması lazımdır.Başqa ixtisaslardan olan mütəxəssis yoldaşlarımızın bu əməliyyatı etməsi həm tibbən həm də etik deyildir.Əməliyyatın xəstəxana şəraitində aparılması vacibdir. Əməliyyatın müddəti nədir və xəstəxanada qalmalıdırmı? Əməliyyat təqribən 2-4 saata qədər davam edər vəən az 1 gün xəstəxanada qalınır. Hansı növ anasteziya tətbiq olunur? Əməliyyat ümumi anesteziya altında və ya spinoepidural anasteziya altında aparılır.