İş vaxtı : Bazar ertəsindən Şənbəyə - saat 9-dan 6-a qədər

Blefaroplastİka

Blefaroplastika nədir?

Müəllif: Plastik cərrah Elnur Mehrəli

GÖZ QAPAĞININ ESTETİKASI (Blefaroplastİka) nədİr?
Əlbəttə gözlərimizin ən əhəmiyyətli funksiyası görməkdir, amma günlük həyatımızda onun üzümüzə qatdığı məna, ifadə, orijinallıq və estetik görünüşü də çox əhəmiyyətlidir.Gözlərimizin həm funksiya mənasında həm də estetik mənada ən tamamlayıcı predmetlərindən biri göz qapaqlarımızdır.Eynilə bir yorğan ya da bir maşın siləcəyi kimi daim işləyərək əsl görmə funksiyalarımızı təmin edən hissələrin qorunmasını və vəzifəsini ən kamil şəkildə yerinə yetirməsini təmin edir. Göz qapaqları da bir müddətdən sonra, yəni yaş artdıqca bəzi genetik faktlardan asılı olaraq, irqi səbəblər və müxtəlif mühit faktorlarının təsirilə dəyişikliyə məruz qalır.Bu hal qadınlarda və kişilərdə bərabər nisbətdə meydana gəlir.Qadınlar ümumiyyətlə görünüşlərinə kişilərdən daha çox diqqət yetirdikləri üçün bu hal onlara daha çox təsir edər.Ortaya çıxan bu dəyişikliklər insanlarda fərqli görünüş və baxışlara səbəb olur.Əvvəllər canlı, dinamik və çəkici olan gözlər xüsusilə göz qapaqlarındakı qırışma, sallanma, hərəkətlərindəki yavaşlama və rəng dəyişikliklərinin təsirilə insanların daha yorğun, cansız, mənasız və olduğundan daha yaşlı görünmələrinə səbəb olur.Hətta bəzən bu əlamətlər o qədər qabarıq olur ki, xüsusilə üst qapaqlardakı sallanmalar insanın normal görməsinə mane olacaq qədər irəli səviyyədə olur.Məlum olduğu kimi, hər iki gözümüzdə ikisi altda və ikisi üstdə olmaqla cəmi dörd qapaq vardır. Bəzən ancaq alt qapaqlarda ya da ancaq üst qapaqlarda dəyişikliklər nəzəri cəlb edir.Bu dəyişikliklərin təsirilə insanlar özlərini daha yaşlı, yorğun və tükənmiş hiss edərlər.Özlərinə inamları azalır. İş və ailə mühitindəki iş fəaliyyətlərində azalma müşahidə edilir. Bu ifadələr şişirdilmiş olaraq qəbul edilməsin, çünki, bizə göz qapaqlarındakı dəyişikliklərləəlaqədar müalicə məqsədilə müraciət edənlərin keçirdikləri hisslərini ifadə edərkən istifadə etdikləri bəzi terminlər çox dramatik və vurğuludur.