İş vaxtı : Bazar ertəsindən Şənbəyə - saat 9-dan 6-a qədər

Budların plastİkası

Budların plastikası nədir?

Müəllif: Plastik cərrah Elnur Mehrəli

BUD NAHİYƏSİNİN ESTETİKASI (Thighplasty) nədİr?
Bud nahiyyəsinin estetikası(Thighplasty) Qadınları daha çox narahat edən bud nahiyyəsinin estetikasında ən çox müraciət edilən cərrahiyə metodları aşağıdakılardır: 1-Budun dartılması metodu 2-Liposuction metodudur. Budun dartılması metodu ilə buddakı sallanma və deformasiyalar cərrahityə edilərək düzəldilir. Liposuction metoduyla edilən əməliyyatlarda əməliyyat izləri olmur, yalnız bir neçə mm-lik kəsik yerinin izləri ola bilər. Bud nahiyəsi ayağın diz qapağı ilə belə yaxın qisminə qədər olan hissəsinə verilən addır. Bu nahiyyənin əlbəttə ki, əsl vəzifəsi gövdəmizi və bədənimizi daşıma və motor funksiyalarımızı yerinə yetirməkdir. Bu nahiyyəni təşkil edən əsas anatomik hissələr, femur adı verilən hər və budda ancaq bir ədəd olan bədənimizin ən qalın və uzun sümüyüdür və budun əsas skletini təşkil edir. Yuxarıda ayağın belə yaxın hissəsinin sümüyü ilə, aşağıda isə ayaq sümükləri ilə oynaq təşkil edərək ayağın belə yaxın hissəsini və diz oynağını təşkil edir. Bu səbəblə ayaq üstündə durma, yerimə, oturma kimi əsas hərəkətlərimiz başda olmaqla vücudumuzun bütün hərəkətlərində bir şəkildə rol alan vücudun ən əhəmiyyətli skilet hissələrindəndir. Bu sümük skilet xaricində bud nahiyyəsində yuxarıda saydığımız hərəkətləri sistemli və qüsursuz etməmizi təmin edən bir çox xüsusiləşmiş əzələ qurupları var. Bunların xaricində həm ayaqların, həm də bud nahiyyəsinin bəslənməsini, sinirlər cəhətindən hissedilməsini təmin edən damar və sinir qurupları var. Əlavə olaraq bunlardan başqa həmin toxumaları əhatə edən və yastıqcıq funksiyasını oynayan bağ və yağ toxmaları vardır. Vücudun digər bütün bölgələrində olduğu kimi bütün toxumaları xaricdən bir yorğan kimi örtən dəri toxuması var. Yuxarıda qeyd etdiyimiz demək olar ki, bütün toxumalardan qaynaqlanan problemlər səbəbilə bud nahiyyəsində həm bədənin bu hissəsinin vəzifəsini yerinə yetirməsini çətinləşdirən və həm də təşkil etdiyi forma pozuqluğu səbəbilə eyni zamanda estetik olaraq da narahat edici bir mənzərə təşkil edən hallar ortaya çıxa bilər.