İş vaxtı : Bazar ertəsindən Şənbəyə - saat 9-dan 6-a qədər

DODAQ ESTETİKASI

Dodaq estetikasi

Müəllif: Plastik cərrah Elnur Mehrəli

DODAQ ESTETİKASI nədİr?
Dodaqalar estetik və funksional baxımdan əhəmiyytli orqanlarımızdır. Dodaqları təşkil edən əsas toxumalr, dodqlarımızın rəngini və nəmliyinə səbəb olan selikli qişa adlanan hissə, dodaqları xarici mühitə vəətraf orqanlara birləşdirən dəri, bu iki toxumanın arasında qalan vəəsil dodağın həm funksiyalarında həm də qalın və incə görsənməsində önəmli rolu olan əzələlər, yağ və bağ toxumalarıdır. Dodaqlar üz üzərindəən diqqət çəkən orqandır.Dodaqların daha estetik bir görünüşə malik olmasında onun anatomik olaraq normal olmasının yanında çənə, burun və digər üz cizgilərinin də bir-birləri ilə mütənasib olması da əhəmiyyətlidir. Hər nə səbəblə olursa olsun dodaqlarının incə və ya qalın olmasını düşünən şəxslərdə plastik cərrah çox diqqətli bir tərzdə dodaqları incələməli və həqiqətən bir problemin olub olmadığına özü qərar verməlidir. Cərrah xəstənin istəklərinin həqiqi olması məsələsində qəti fikrə gəlməlidir.Əks təqdirdə xəstə razı qalmaya bilər.Bəzən xəstələr məşhur kino ulduzunun şəklini həkimə gətirirlər və bunun eynisini istəyirəm deyə düşüncələrini ifadə edirlər. Həkim olabiləcək və olmayacaqlar mövzusunda xəstəyə məlumat verməlidir.