Döş kiçiltmə əməliyyatı Süd vəziləri müxtəlif səbəblərə görə sallana bilər. Süd vəzisi toxumalarını yerində tutan bağlar zaman içərisində zəifləyir. Kilo dəyişikliyinə, əmizdirməyə və yer çəkiminə uyğun olaraq süd vəzisi toxumaları ətrafını əhatə edən dəri arasında uyğunsuzluq ola bilər. Problem süd vəzisi toxumasına, dəriyə və ya hər ikisinə aid ola bilər.Nəticədə adətən içi boş görünüşdə sallanan süd vəzisi meydana gələ bilər. Digər süd vəzisiəməliyyatında olduğu kimi həkiminizlə niyəəməliyyat olmaq istədiyinizi və bu əməliyyatdan nə gözlədiyinizi danışın.Ailənizdə süd vəzisi xəstəliyi və ya xərçəng xəstəliyi, siqaret, dərman vərdişi və ya xroniki bir xəstəlik var isə bunu həkiminizə söyləyin.Əməliyyatın tərzi və ehtimal olunan problemləri həkiminizdən soruşun. Estetik süd vəzisi dikləşdirməəməliyyatında sallanan haldakı süd vəzisi toxuması yenidən şəkilləndirilir və artıq dəri çıxardılır.Süd vəzisi başı lazımi yerə gətirilir.Əməliyyat ümumi anesteziya ilə xəstəxana şəraitində 1,5-2 saat müddətində olunur. Sallanmanın dərəcəsinə görə dəyişik şəkillərdə iz qalır.Hansı metaod tətbiq olunursa olunsun süd vəzisi başı ətrafında iz qalmır.Uyğun xəstələrdə sadəcə protezi qoyularaq sallanma aradan qaldırıla bilər.