İş vaxtı : Bazar ertəsindən Şənbəyə - saat 9-dan 6-a qədər

Lİposaksİya

Liposaksiya

Müəllif: Plastik cərrah Elnur Mehrəli

LİPOSAKSİYA nədİr?
Vakkumla piyin alınması metodu ilə bədənə qurluş vermə piyin alınması və bədənə forma verilməsi ən çox keçirilən əməliyyatlardan biridir.Kökəlmə, doğuşdan sonra, ya da quruluşdan qaynaqlanan səbəblərlə bədənin bəzi hissələrində normadan daha çox piy yığılması və şişlər ortaya çıxır. Bəzən insanın normadan daha az arıq olmasına baxmayaraq bədəninin bəzi nahiyələrindəki çıxıntı və şişlər müşahidə edilir və estetik baxımından narahat edici bir hal kimi qarşımıza çıxır. Liposuction ya da vakkumla piylərin alınması metodu çox qədimdən bəri bilinməsinə baxmayaraq xüsusilə 1960-cı illərdən sonra daha da papulyarlaşmışdır.Bu metodun tətbiq edilməsi üçün ən müvafiq hallar insanın normal çəkidə olmasına baxmayaraq bədənin müəyyən nahiyələrində piy çoxluğu iləəlaqədar olaraq bədən formasının pozulması kimi hallardır.Bəzən ağır çəkili şəxslərdə bu əməliyyat aparıla bilər və hətta həmin insanı arıqlatmaq məqsədilə də bu metoddan istifadə edən estetik cərrahlar olmuşdur. Bizə görə bu metodun tətbiq edilməsi üçün ən müvafiq xəstələrsə gənc və orta yaşlı dərisindəki gərginlik itməyən və ümumiyyətlə bədənin müəyyən hissələrində piy yığıntıları olan qadın vəkişi pasientlərdir. Liposuction metoduyla bədənin demək olar ki hər nahiyəsindən piyin alınması və onun formalaşdırılması mümkündür.Üz, boyun, sinə, döş, qarın, arxa, budun yuxarı nahiyələri, bud, ayaq və qol nahiyələri tez-tez liposuction əməliyyatı edilən nahiyələrdir.