Döş Böyütmə Əməliyyatı Süd vəziləri qadının bədən görünüşündə fiziki bütövlüyü tamamlayan həm funksional həm də estetik əhəmiyyəti olan orqandır. Çiyin genişliyi, sinəəhatəsi, bel və ayaq ətrafı ölçmələrində süd vəzisinin həcmiəhəmiyyətli bir yer tutur. Süd vəziləri forma olaraq fərqli səbəblərlə kiçik ola bilər. Anadangəlmə olaraq biri heç olmaya bilər.Hər iki süd vəzisin bərabər hala gətirmək üçün hal-hazırda silikon protezlərdən başqa yol yoxdur.Şəxsin öz toxumaları ilə süd vəzisi böyütmə testi aparılmış ancaq nəticəəldə olunmamışdır. Protezlərdəəsas maddəprotezin xarici səthində yer alan silikondur. Sadəcə doldurulma materialı fərqli ola bilər. Hər protezin mənfi və müsbət tərəfləri vardır.Bunlar əməliyyatdan əvvəl danışılmalı və qərar verilməlidir. 1960-cı illərdə istifadə olunmaya başlanan silikonlar hal-hazırda da aktualdır.Silikonlu məhsullar sənaye və tibbdə də istifadə olunur. Protezlər süd vəzisi şəklində hazırlanmış şara bənzəyir. Şar hissəsi silikondan təşkil olunmuşdur. Bədənə müvafiq olaraq protezin səthi əlverişli istehsal olunmuşdur.