İş vaxtı : Bazar ertəsindən Şənbəyə - saat 9-dan 6-a qədər

MƏMƏ BÖYÜTMƏ

Məmə böyütmə nədir?

Müəllif: Plastik cərrah Elnur Mehrəli

İmplantla həcmləndirmə aşağıdakı hallarda icra olunur:

  1. 1. Pasiyentin şəxsi istəyi əsasında kiçik hesab etdiyi süd vəzlərinin böyütmək üçün.
  2. 2. Hamiləlikdən sonrakı itirlmiş həcmin bərpası üçün.
  3. 3. Sinədə olan kobud asimmetriyalann ləğvi üçün.
  4. 4. Bəzi hallarda sinəni yenidən formalaşdırmaq üçün.

Müasir sinə implantları xarici silikon maddəsindən ibarət olub, daxili gel və ya fizioloji maye ilə doldurulmuşdur. Formasına görə yumru və damcı (anatomik) formasında olur. Xarici səthi hamar və ya girintili-çıxıntılı ola bilər. Araşdırmalar göstərmişdir ki, implant qoyulan pasiyentlərlə, implant qoyulmayan şəxslərdə sinə xərçənginin rastgəlmə tezliyində əhəmiyyətli fərq yoxdur. Dolayısıyla bu silikonların bilavasitə xərçəngə səbəb olma ehtimalı demək olar ki, yoxdur.

HAMİLƏLİK VƏ SÜD VERMƏ

Süd vəzi implantları hamilə qalmağa heç bir əngəl törətmir. Tədqiqatlar göstərmişdir ki, implant qoyulmuş analar heç bir qorxu olmadan süd verə bilərlər. Südün tərkibinə keçən silikon molekulaları implant qoyulmamış ananın südündə də rast gəlinir və heç bir təhlükəsi yoxdur. Süd vermədə yaranan problemlər yalnız əməliyyatın texniki nüansları ilə əlaqədar ola bilər. Belə ki, gilə ətrafından və ya dikləşdirmə ilə qoyulan implantlar zamanı giləyə gələn süd axarlarının bir qismi kəsildiyindən süd vermədə problemlər ola bilər. Digər hallarda isə əməliyyatla bağlı problem yaşanılmır. İmplant 4 yerdən aparılan kəsiklə yerləşdirilə bilər – qoltuqaltı, sinəaltı, giləətrafı, göbək. Hər birinin üstün və çatışmazlıq cəhətləri var. Ən çox istifadə olunan sinəaltı və gilə ətrafıdır. Sinəaltı kəsikdə sinə toxuması və süd axarlarına heç bir zərər verilmir. Gilə ətrafı kəsikdə süd axarlarının bir qismi kəsilə bilər, qoltuqaltı və göbək kəsiklərində sinədə heç bir kəsik olmur, endoskopik olaraq yerləşdirilir, amma texniki çətindir və asimetriyalar daha cox rast gəlinir. İmplantlar əzələaltı, fassiyaaltı, süd vəzi altı və iki sahədə (dual planc) olaraq yerləşdirilə bilər. Bunlar konkret olaraq pasiyentə uyğun seçilir və doktor tərəfindən aydınlıq gətirilir.

PASİYENT ƏMƏLİYYATDAN ÖNCƏ MƏLUMAT VERMƏLİDİRLƏR:
  1. 1. Süd vəzi ilə bağlı keşirilmiş xəstəliklər, əməliyyatlar və ya hansısa bir problemin olmasını
  2. 2. Ümumi orqanizmin keçirdiyi xəstəliklər, travmalar. əməliyyatlar, psixoloji durumun vəziyyəti.
  3. 3. Allergik reaksiyalar (xüsusilə dərman preparatlarına) qəbul olunan dərmanlar
  4. 4. Ailədə (yaxın qohumlarda) olan irsi xəstəliklər, süd vəzi xəstəlikləri barədə məlumatlar (əgər varsa)
  5. 5. Zərərli adətlər (siqaret, alkohol və digər). Düzgün verilməyən və ya gizlədilən informasiyanın məsuliyyəti pasientin üzərinə düşül”.
ƏMƏLİYYATDAN ÖNCƏ PASİYENTLƏR ACQARINA ÜMUMİ MÜAYİNƏLƏRDƏN KEÇİRILİR.

Bunlara aiddir – qanın, sidiyin ümumi analizi, qanın biokimyəvi müayinəsi (şəkər, kreatinin, ALT, AST, ümumi zülal), koaquloqramma, laxtalanma zamanı, qanda HbsAG, HCV, HİV, RW, EKG, döş qəfəsinin rentgen müayinəsi, süd vəzlərinin, qarın boşluğunun USM-i ehtiyac olduğu təqdirdə və 40 yaşdan yuxarı mamoqrafiya və mammoloqun konsultasiyası, anestezioluqun baxışı, ehtiyac olduğu təqdirdə digər mütəxəsislərin konsultasiyaları. Əməliyyatdan 1 gün əvvəl axşam pasiyentin qida qəbulundan imtina etməsi məsləhətdir (maye qəbul etmək olar) və duş qəbul edir. Əməliyyat günü tam acqarına olmalıdır. Əməliyyatdan öncə cərrah pasientin ayaq üstü vəziyyətində süd vəzləri üzərində xüsusi cizimlər edir. Bu cizimlər olduqca vacibdir, əməliyyatın xarakterindən asılı olaraq müxtəlif formalarda ola bilər. Əməliyyat ümumi anesteziya altında edilir. Əməliyyatdan sonra yaranan ödemlər adətən bir ay ərzində çəkilir, pasiyent ən az 1 ay müddətinə korset geyinir. Yuxarı ətraflarda aktiv hərəkətlər 2 həftə ərzində məhdudlaşdırılır. Qarnı üstə yatmaq 3 aydan, aktiv idman hərəkətlərinə isə 4 aydan sonra başlamaq məsləhət görülür. 2 aya qədər sauna, buxar vannası, solari almaq olmaz. İlk bir ilə yaxın müddətdə ara-sıra sancmalar, diskomfort hissiyyatı ola bilər.

ƏMƏLİYYAT RİSKLƏRİ VƏ BAŞ VERƏ BİLƏCƏK FƏSADLAR

Hər bir cərrahi müdaxilə müəyyən risklərlə bağlıdır. Bunlar nə qədər az hallarda rast gəlinsə belə, pasiyentin bunları bilmək haqqıdır, gizlədilməsi qəbuledilməzdir.

  • Qanaxma. Nadir hallarda rast gəlinsə də, olması mümkündür. Post operativ rast gəldikdə, hematomaların boşaldılması ehtiyacı ola bilər.
  • İnfeksiya. Çox az hallarda və adətən əməliyyatdan sonrakı dövrdə rast gəlinir, antibiotiklərlə müalicə edilir, lakin bəzi hallarda implannn çıxarılması və sağaldıqdan sonra yeni implantın yerləşdirilməsi zərurəti yarana bilər. Orqanizmin digər yedərində olan infeksion ocaqlardan da düşməsi mümkündür.
  • Kapsul kontrakturası. Gec dövrdə yaranan bilinməsi ən vacib olan bir problemdir. Orqanizmə daxil olan istənilən yad cisim ətrafında nazik bir çapıq toxuma – kapsul yaranır. Bu kapsul çox incə və yumşaqdır. Bəzən orqanizmin həddən artıq reaksiyası bu kapsulun qalın və bərk olmasına gətirib çıxarır. Bu da sinədə ağrılar, sərtlik və görüntü pozğunluğu yarada bilər. Bir neçə aydan tutmuş, illər sonrası da yaranması mümkündür. Bunları əməliyyat öncəsi söyləmək qeyri-mümkündür. Zəif hallarda konservativ və fizioterapevtik müalicələr təyin olunur. Dərinləşdikdə implantın və kapsulun xaric edilməsi, implantın özü və qoyulduğu sahənin dəyişdirilməsi lazım gəlir, tək və ya hər iki sinədə belə hallar yarana bilər.
  • Gilə və sinə dərisində olan hissiyyat. Əməliyyatdan dərhal sonra müəyyən qədər pozulma ola bilər ki, bu da zamanla aradan qalxır (bəzən bır neçə aya). Olduqca nadir hallarda qalıcı ola bilər.
  • Dəridə olun çapıqlar. Kobud çapıqların olması bu əməliyyatlar üçün xarakter deyil. Lakin orqanizmdən asılı olaraq yarana bilər ki. bu da alternativ müalicə tələb edə bilər. Bəzən çapıqların tam formalaşması 8-12 ay ərzində ola bilər.İki eyni süd vəzisində nadir hallarda baş verir, az da olsa asimetrlyalar qeyd olunur, əməliyyat zamanı bu asimetriyalar maksimum aradan qaldırılsa da, əməliyyat sonrası ödemlərin yaranması, sonra zamanla çəkilməsi, dəri elastikliyinin zamanla azalması hər iki süd vəzidə eyni olmadığından asimetriya görünə bilər. Bunlar adətən 3 ay ərzində aradan qalxır. Lakin bunlara baxmayaraq yenə də azacıq da olsa asimetriyaların ola biləcəyi unundulmamalıdır. Kobud asimetriyalar təkrarı əməliyyat tələb edə bilər.
  • Seromalar. Normal halda implant ətrafında az da olsa maye yığılır, bu orqanizmin yad cismə olan reaksiyasıdır. Bəzi hallarda bu reaksiyanın ifrat dərəcədə olması mayenin daha çox yığılmasına səbəb ola bilər. Bu proses nadir hallarda olsa da, bəzən aylarla davam edir. Drenaj qoyulması vacib ola bilər.
  • İmplantın yerdəyişməsi. Az hallarda qeyd olunur. 2 ay ərzində implant ətrafında kapsul formalaşır ki, bu da implantın yerdəyişməsinə əngəl olur. Tez dövrdə pasiyentin aktiv hərəkətləri, travmalar, implant yatağının böyük olması buna səbəb ola bilər. Uzaq dövrlərdə damla formalı implantlann öz yatağında fırlanması da mümkündür ki, bu da sinənin görünüşünə təsir edə bilər.
  • Tikişlərdə olan problemlər. Daha çox sinə dikləşdirilməsi ilə birlikdə edilən əməliyyatlarda rast gəlinir, sağalması gec olub, estetik olmayan çapıqlarla nəticələnməsi mümkündür. Təkrari korreksiya əməliyyatına ehtiyac ola bilər. Gec nəticələr – yaşlanma, bədən çəkisində olan dəyişikliklər, hamiləlik və bu əməliyyatla bağlı olmayan digər vəziyyətlər sinənin formasında dəyişiklik yarada bilər. Nə qədər də əməliyyat öncəsi və əməliyyat zamanı incələmələr aparılsa da son nəticənin necə olacağını 100% qaranti ilə söyləmək mümkünsüzdür.Bəzi hallarda isə əməliyyatla bağlı olmayan ümümi ağırlaşmalar da rast gəlinə bilər (ağciyər, ürək-qan damaq, nevroloji və s).