İş vaxtı : Bazar ertəsindən Şənbəyə - saat 9-dan 6-a qədər

MƏMƏ DİKLƏŞDİRMƏ

Məmə dikləşdirmə nədir?

Müəllif: Plastik cərrah Elnur Mehrəli

Qadınlarda yaşın irəliləməsi, hormonal problemlərin yaşanması, doğumdan sonra körpə əmizdirmək, sürətli kilo alıb vermək və daha bir çox səbəbdən ötəri sinələrində sallanmalar meydana gələr. Bundan əlavə bəzi qadınlarda doğuşdan sinələri daşıyan bağların zəif olması ilə əlaqədar onlarda çox erkən yaşlarda sinələrində sallanma müşahidə edilir. Estetik sinə dikləşdirmə əməliyyatında çox kiçik bir kəsik izi olsa da mütləq iz qalacaq. Hələ iz buraxmayan bir əməliyyat növü yoxdur. Bu əməliyyat izi çox kiçik olduğundan müəyyən zaman müddətində rəngi solğunlaşacaq və çox bilinməyəcək. Əslində estetik sinə dikləşdirmə əməliyyatında sinə ətrafınızın böyüklüyü və sinələrinizin sallanması əməliyyat izi ölçüsünü təyin edən ən böyük faktordur. Sinə dikləşdirmə əməliyyatından sonra körpə əmizdirərkən sinələrinizi bir az daha fərqli bir hərəkətlə tutaraq əmizdirməyə çalışsanız probleminiz olmaz. Yəni döş ucunu qaldıraraq əmizdirə bilərsiniz. Döş dikləşdirmə Əməliyyatdan sonra ilk 4 gün bir az ağrı və sızıltı hiss edəcəksiniz, amma narahat olmayın, həkiminiz bu ağrılarınızı keçirəcək müəyyən ağrı kəsici dərmanlar verəcək. Döş dikləşdirmə əməliyyatından sonra 1 həftə evdə istirahət etməlisiniz. Bu bir həftə içərsində sinələrinizi məcbur edəcək hərəkətlər etməməyə, qollarınızı yanlara və yuxarıya doğru çox açmamağa, yerdən ağır bir şey qaldırmamağa diqqət etməlisiniz.

DÖŞ DİKLƏŞDİRMƏ ƏMƏLİYYATI ÜÇÜN QEYDLƏR:
  • • Döş dikləşdirmə əməliyyatı 1 - 2 saat davam edir.
  • • Sinə dikləşdirmə əməliyyatından sonra eyni gün xəstəxanadan evə buraxıla bilərsiniz.
  • • Sinə dikləşdirmə əməliyyatından sonra ilk 10 gün içində bənövşəyilik və şişliklər ola bilər.