Rinoplastika nədir?
Müəllif: Plastik cərrah Elnur Mehrəli
Burun estetİkİ Rİnoplastİka nədİr?
Burun - insan üzünün mərkəzində yerləşən, nəfəsalmada və eyni zamanda estetik görünüşündə əhəmiyyətli rol oynayan orqandır. Travmalar, qəzalar, eyni zamanda uşaq yaşlarında alınmış mikrozədələr hesabına burnun xarici görkəmində və çəpərdə baş verən əyilmələr həm gələcəkdə nəfəsalma defisitinə, baş ağrılarına, yaddaş pozulmasına səbəb olur, eyni zamanda estetik görünüşdə komplekslərə, depressiyaya gətirib çıxarır. Burun estetiki qızlarda 17,oğlanlarda 18 yaşdan icra edilir. Bəzi müstəsna hallarda, əgər burunda dediyimiz travma, qəza və mikro zədələr nəticəsində yaxud anadangəlmə burnun olmaması hesabına nəfəsalma və estetik görünüşündə ciddi problemlər yaranarsa daha erkən 13-14-15 yaşlarda da Rino-septoplastika(burun xarici görünüş və çəpərinin plastikası) icra edilə bilər. Burun çəpərində olan əyriliklər, sınıqlar düzəldilməzsə, xarici sümüklərdə olan defektin əməliyyatı edilməzsə yuxarı yaşlarda xüsusən də tələbəlik dövründə təhsildə geri qalma, tez yorulma, yaddaşsızlıq, ürək qan damar sistemində yüklənmə, daimi oksigen aclığı(hipoksiya) özünü daha çox biruzə verəcək və problemin dərinləşməsinə səbəb olacaq. Burun əməliyyatı sonrası ağırlaşma və fəsadlaşmalar da yox deyildir.Gözəllik xətrinə nəfəsalmanı qurban verəcək əməliyyatların nəticəsi çox acınacaqlı olmuşdur. Çünki insanlar bir çox hallarda estetik nəticəyə nail olsalar da nəfəsalma problemi cəhətdən çox əziyyət çəkmişlər və əvəzində təkrar əməliyyata girməli olmuşdular. Rinoplastika funksional və estetik, qapalı və açıq olmaqla bir çox muasir dövrümüzdə olan modifikasiyaları mövcuddur. Bizim də tərəfimizdən tərcih edilən "hansı üsulla əməliyyat edirsən et sonucda gözəl Buruna nail ol" devizinə əməl etməkdir. Çünki çox hallarda mənə qapalı et, mənə ancaq açıq əməliyyatı edin deyən pasiyentlər çox olur. Ancaq biz bütün əməliyyatların mahiyyətini açıqlayıb, başa salırıq və pasientin mənafeyi naminə daha yaxşı yollar hansıdır onunla getməyi təklif edirik. Hazırda Ultrasonik aparat olan Piezonun istifadəsi çoxalıb və bu da Plastik Estetik Lor cərrahların işini yüngülləşdirir və daha incə işləməyə imkan verir. Təkrar və çəpər əyrisi əməliyyatı keçirtmiş pasientlərin bizə müraciəti zamanı biz Burun daxili və xarici muayinəni yerinə yetiririk, burnun mövcud vəziyyəti dəyərləndirilir. Əlbətdə çəpər əməliyyatı və plastik əməliyyat keçirtmiş pasientin burun daxilində qığırdaq olmadığı üçün Plastika çətinliklər yaranır. Bu zaman isə pasientin öz qabırğasının yaxud qulaq qığırdağından alınıb istifadə edilməklə defektin yeri doldurulur.