İş vaxtı : Bazar ertəsindən Şənbəyə - saat 9-dan 6-a qədər

ÜZ GƏNCLƏŞDİRMƏ

Üz gəncləşdirmə

Müəllif: Plastik cərrah Elnur Mehrəli

ÜZ GƏNCLƏŞDİRMƏ nədİr?
Üzü gəncləşdirməəməliyyatının başqa bir adı faceliftdir.Üz dərisinin dartılması əməliyyatı ilə üz və boyun dərisindəki və dərialtı piy və bağ toxmasındakı sallanma aradan qaldırılır, üzün daha canlı və gənc görməsi təmin edilir. Ümumiyyətlə 40 yaşından yuxarı üz nahiyyəsində yaşlanma izlərinin daha bariz görsəndiyi kişi və qadınlar bu əməliyyat üçün namizəd olmalarına baxmayaraq bəzən çox erkən yaşlarda üz gəncləşdirməəməliyyatına ehtiyacı olanlar da olur. Belə bir əməliyyata ehtiyacı olan kimsənin bu haqda təcrübəli bir plastik cərrahiyyə mütəxəssisinə müraciət etməli və əməliyyat haqqında məlumat almalıdır.Əgər həkim lazım görərsə belə bir əməliyyata qərar verilə bilər.Əməliyyatdan əvvəl mütləq əməliyyatla əlaqədar məlumat alınmalı və ümidlər reallığa uyğun olmalıdır.Əgər ümidlər reallığa uyğun olarsa və uyğun metodlardan istifadə edilərək həyata keçirilərsə təxminən 5-20 yaş cavan görsənmək mümkündür.